Bakıda qadına qarşı cinayət törədən qardaşlara hökm oxunub


14:05     05 Noyabr 2019 1398947325_mehkeme.jpg

Bakıda qadını bıçaqla hədələyərək quldurluq etməkdə təqsirləndirilən iki qardaş - 1997-ci il təvəllüdlü Nurlan Həsənzadə və 1999-cu il təvəllüdlü Ruslan Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın məlumatına görə, prokuror təqsirləndirilən şəxslərin hər birinə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Məhkəmədə hökm oxunub.


Hökmə əsasən, hər iki şəxs 8 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, adıçəkilən şəxslər bu il aprelin 28-də Binəqədi rayonunda A.Kunanbayev küçəsində qadına qarşı zor tətbiq edərək qızıl boyunbağısını alıblar. Onlardan biri qadına bıçaq çəkib, digəri isə arxadan boyunbağını açaraq götürüb. Onlar ilkin ifadəsində bu əməli borclarının olduğu üçün etdiklərini söyləyiblər. Qardaşlar ələ keçirdikləri boyunbağını 1500 manata sataraq öz aralarında bölüblər. Başqa bir şəxsə borclu olduqları 350 manatı isə evdə saxlayıblar. Lakin pulu qaytarmağa imkan tapmadan polis onları yaxalayıb. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 325