"Qərb erməni terroruna münasibət bildirmədi" - R.T.Ərdoğan


14:22     05 Noyabr 2019 19_11_05_1572949648.jpg


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisindəki toplantısında terrorçuluğa qarşı mübarizəyə də toxunub.

Femida.az-ın məlumatına görə, o deyib ki, bütün terrorçuları məhv edənədək əməliyyatları dayandırmayacağıq:

“Heç kim bizdən bunu dayandıracağımızı gözləməsin. ASALA terror qruplaşması bizim 40-dan çox diplomatımızı qətlə yetirib. Ancaq Qərb erməni terroruna münasibət bildirmədi. Suriya ərazisindən Türkiyəyə terror təhlükəsi yaranan zaman bütün dünyandan, o cümlədən G-20-dən (inkişaf etməkdə olan 20 ölkə) yardım istədik. Zahirdə bunu hamı müsbət qarşıladı, ancaq əməldə heç kim kömək etmədi. Ölkəmizə gətirdiyimiz “Patriot”u söküb geri apardılar. Onlar ölkəmizin təhlükəsizliyini və bizi təhdid edənlərin yanında durdular”.

Femida.az

Açar sözlər:

Oxunub: 403