3 məktəblimiz qızıl medal qazandı


15:12     05 Noyabr 2019 2019/11/1572950990461_YxDeynNz_1572952478.jpeg

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-liseyin III sinif şagirdi Nilufər Oruclu Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

Paytaxtdakı 202 nömrəli tam orta məktəbin X sinif şagirdi Fidan Musayeva karate idman növü üzrə 63 kiloqram çəki dərəcəsində Makedoniyada keçirilən XI Avropa çempionatında qalib gəlib. F.Musayeva qızıl medal və diploma layiq görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 608