Kürdəmirdə dəhşətli qəza: Yaralılar var


16:14     05 Noyabr 2019 2019/11/02219632-4dbc-4ffe-9167-ea9e94198055_1572955665.jpg

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 180-cı kilometrliyində, rayonun Karrar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Rüstəmov Famil Əjdər oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərkətdə olan Kürdəmir rayon sakini, Abbasov İsa Köçəri oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomabilə çırpılıb.

Nəticədə hər iki sürücü və minik avtomobilində olan sərnişin, Məmmədova Zenfira Köçəri qızı müxtəlif növ bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.





Açar sözlər:

Oxunub: 450