Bakıda dörd nəfər avtobus sürücüsünü döydü


18:05     05 Noyabr 2019 19_11_05_1572956340.jpg

Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.

Bununla bağlı Femida.az -a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında "Xaliq Faiqoğlu” şirkətinə məxsus "İsuzu” markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb.

Açar sözlər:

Oxunub: 384