Fermeri öldürən şəxsin apelyasiya şikayəti təmin edilməyib


18:13     05 Noyabr 2019 1398947325_mehkeme3.jpg

Şirvan Apelyasiya Məhkəməsində qətl törədən şəxsin apelyasiya şikayətinə baxılıb.


Femida.az -ın məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Məmmədzadə Sərxan Saleh oğlunun apelyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2019-cu il yanvarın 19-da Ağcabədi rayonu Hindarx qəsəbəsində qətl hadisəsi baş verib. Belə ki, Hindarx qəsəbə sakini, 1988-ci il təvəllüdlü Sərxan Məmmədzadə və onun dayısı - Şərəfxanlı kənd sakini, 1980-cı il təvəllüdlü Mansur Qasımovla birgə 1956-cı il təvəllüdlü Əhliman Cənnətovu ona məxsus fermada ağac parçası ilə vurub, huşsuz vəziyyətdə iplə boğaraq öldürüblər. Kişinin öldüyünü görən Sərxan və Mansur meyiti avtomobilə qoyaraq hadisənin baş verdiyi ərazidən təxminən 2 km aralıda basdırıblar. Daha sonra fermadan 14 baş qoyun oğurlayıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədzadə Sarxan cinayət maddəsinin 177.2.3, 120.2.1, 120.2.11, 181.3.3 maddələri ilə 19 il azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 367