SOCAR “Neft daşları”nda 50-60 quyunun qazılmasını planlaşdırır
18:33 05 Noyabr 2019
Qarşıdakı illərdə “Neft daşları”nda 50-60 civarında quyu qazılması planlaşdırılır.
Femida.az xəbər verir ki, bu barədə “Neft Daşları”na təşkil olunmuş mediaturda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, “Neft daşları”nda beş meydança-özülün inşası nəzərdə tutulub:
“Neft Daşları” Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70%-ə qədər olan hissəsi sahilə məhz “Neft Daşları”ndan ötürülür.
Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə - Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir.
“Günəşli” yatağı və “Çiraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsi ilə gerçəkləşdirilir”.
Oxunub: 440
Oxşar xəbərlər
- SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edib
- SOCAR-a yeni Baş geoloq təyin olunub
- SOCAR-dan itkin düşən əməkdaşı ilə bağlı RƏSMİ AÇIQLAMA
- SOCAR Mübariz Mənsimovun Türkiyədəki əmlakına həbs qoydurub
- SOCAR şəhid ailələri və qazilərə sahibkarlığa başlamaq üçün yardım edəcək
- SOCAR neft emalını kəskin artırıb
- SOCAR 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb
- SOCAR "Rosneft"in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu
- SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrini günəş enerjisi ilə təmin edir
- SOCAR Rusiya qazının tranzitini tamamlayıb