50 min dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb
16:45 05 Noyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə ittiham edilən Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Eldar Yusifov 6 min manat cərimə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 1967-ci il təvəllüdlü Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min pul alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib. O, məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, pulu Elbrus Əliyev adlı şəxsə verib. E.Əliyev isə istintaqdan yayındığı üçün axtarışa verilib.
Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir. İllərdir BDU-da çalışan H.Məmmədov bir müddət kafedra müdiri olub. Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb. O, çıxışında təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.
E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib. (Report)
Oxunub: 420
Oxşar xəbərlər
- 50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq
- 50 dövlət əmlakı özəlləşdirilib
- 50 obyektdə epidemiya əleyhinə rejim pozulub
- 50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı
- 500-dən çox bal toplayan 9 nəfər ali məktəbə qəbul olmadı
- 50 174 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
- 50 min şəxs üçün birdəfəlik ödəniş edildi
- 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb
- 50 nəfər şübhəli saxlanıldı – Cinayətlərin günlük statistikası
- 50 yaşlı Rusiya vətəndaşı Tərtərdə hamamda boğulub öldü