Bələdiyyə seçkilərində iştirak üçün 23768 nəfərin namizədliyi irəli sürülüb
19:09 05 Noyabr 2019
"Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 23768 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib".
Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyanın (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, 11899 nəfər fərdi qaydada müraciət edib. 11839 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 30 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Femida.az
Oxunub: 402
Oxşar xəbərlər
- Bakıda keçmiş bələdiyyə sədri və bacısının məhkəməsi başlayır
- Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi başlanılıb
- Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilib
- Keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb
- Qazaxda ağacların qanunsuz kəsilməsi ilə bağlı bələdiyyə sədrinə cinayət işi açılıb
- Azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması təklif edilir
- Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər bələdiyyə üzvlərini döyüb
- "Ata Abdullayevə quzu təklif etdim, razılaşmadı, 10 min manat istədi" - Bələdiyyə sədri
- Quba bələdiyyəsinin sabiq sədr müavini 30 min manatı ələ keçirib - RƏSMİ
- Ağcabədidə bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib