Seçkilərlə əlaqədar 5 milyon bildiriş çap olunacaq


17:23     05 Noyabr 2019 19_11_05_1572960220.jpg


Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, iclasda əvvəlcə MSK-nın 31 oktyabr 2019-cu il tarixli protokolu təsdiqlənib.

Daha sonra iclasda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.

MSK-ın katibi Arifə Muxtarova bildirib ki, bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 5020287 bildiriş çap olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 377