“Qarabağla bağlı yeni danışıqlar proqnozlaşdırıram” - Erməni politoloq


19:41     05 Noyabr 2019 19_11_05_1572961329.jpg


“Paşinyan heç bir şəkildə məntiqli olmayan bəzi inkarlara cəhd edirdi. Biz reallıqda görürük ki, Paşinyanın dedikləri nə bu çıxışla, nə də əvvəlki çıxışlarla üst-üstə düşmür”.


Femida.az ordu.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan bildirib.

O qeyd edib ki, ümumiyyətlə, “məsələni milli müzakirə etməliyik, referenduma qoymalıyıq” nə deməkdir?

Politoloqun qeyd edib ki, referendum metodu məsuliyyəti öz üzərindən atma alətidir və Paşinyan bu yolla deyir ki, xalq qəbul etdiyi qərara görə cavabdehdir.

“Qarabağla bağlı yeni danışıqlar proqnozlaşdırıram. Məlumdur ki, bu müddət ərzində danışıqlar ən azından ekspert səviyyəsində davam edir. Eşitmişik ki, masaya müzakirə olunan bəzi sənədlər qoyulub. Bu, o deməkdir ki, artıq ekspert danışıqları var və bəlkə də bu müzakirələr artıq siyasi olmalıdır. Mən bu cür inkişafları istisna etmirəm, lakin bu, variantlardan biridir”, - deyə Yenokyan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 444


Oxşar xəbərlər