Azərbaycan-İsveçrə əlaqələri müzakirə edildi


20:44     05 Noyabr 2019 2019/11/D445A9D6-D08C-4B1C-B16B-4FD7039D2CA0_1572972353.jpeg

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrə parlamentinin yuxarı palatası Kantonlar Şurasının (Senat) Xarici əlaqələr komitəsinin sədri, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Filippo Lombardi və dostluq qrupunun parlamentin aşağı palatası Milli Şuradan həmsədri, Montrö şəhərinin meri və İsveçrə Xarici Siyasət Assosiasiyasının vitse-prezidenti Loran Verli ilə görüşlər keçirib.

Femida.az-ın məlumatına görə, görüşlərdə iki ölkə arasında əməkdaşlıqda parlament ölçüsünün əhəmiyyəti vurğulanıb. Hikmət Hacıyev qarşı tərəfə ölkəmizdə geniş vüsət almış islahat prosesləri, o cümlədən iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində aparılan islahatlar barədə məlumat verib.

Bundan başqa, tərəflər beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarında qarşılıqlı dəstək praktikasının davam etdirilməsi, İsveçrə-Azərbaycan münasibətlərinin inkişafında parlament ölçüsünün rolunun gücləndirilməsi, eləcə də İsveçrə və Azərbaycan regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 465


Oxşar xəbərlər