30 yaşlı kişini maşın vurdu


20:50     05 Noyabr 2019 piyadada.jpg

Sabunçu rayonunda 30 yaşlı kişini avtomobil vurub.

Femida.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində yerləşən "Fidan" salonun yaxınlığında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Babayev Rafael Qurbanəli oğlu yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 395