Putin Britaniyaya yeni səfir təyin edib


21:49     05 Noyabr 2019 2019/11/2922E8CE-0303-4E1D-A531-50308A020D82_1572977760.jpeg

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyaya səfir təyin edib.

Femida.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Prezidentin sərəncamı ilə Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Andrey Kelin bu posta təyin olunub.

Andrey Kelin 2015-ci ildən Rusiya XIN-in Avropa ilə Əməkdaşlıq Departamentinin direktoru vəzifəsində çalışıb. O, 2011-2015-ci illərdə Rusiya Federasiyasının Vyanadakı ATƏT yanında Daimi Nümayəndəliyin rəhbəri olub.

Qeyd edək ki, 2011-ci ildən Rusiyanın Böyük Britaniyada səfiri olan Aleksandr Yakovenko bu il vəzifəsindən azad edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 115