Nazirlik Göyçaydakı qəza ilə bağlı məlumat yaydı


09:46     06 Noyabr 2019 sehiyye0.jpg

Səhiyyə Nazirliyi Göyçay rayonunda "QAZel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların durumu barədə məlumat yayıb.


Nazirlikdən Femida.az-a bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", nazirlikdən bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 346