Gömrükdə sıxlıq: Yüzlərlə maşın sərhəddə qaldı - FOTO


09:54     06 Noyabr 2019 19_11_06_1573019717.jpg


Azərbaycandan Rusiyaya getmək istəyən yük maşınları Samur Gömrük Postunun qarşısında çətinliklə üzləşib.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, meyvə-tərəvəzlə dolu yüzlərlə maşın dörd gündür sərhədi keçə bilmir.

Rusiyanın ayrı-ayrı şəhərlərinə meyvə-tərəvəz apardıqlarını deyən sürücülər bildirir ki, avtomobillərdə soyuducu işləsə də, kənd təssərrüfatı məsulları artıq xarab olmaq üzrədir.

Yaranmış problemlə bağlı Samur Gömrük Postunun rəisi Eyvaz Əliyev saytımıza açıqlamasında bildirib ki, Azərbaycan tərəfdən həm yük, həm sərnişin avtomobillərinin qonşu ölkəyə buraxılmasında heç bir problem yoxdur.

Problem həm mövsümlə bağlı yük maşınlarının sayının artması, həm də qonşu Rusiyanın keçid məntəqəsində təmir işləri aparması ilə əlaqədardır.

E.Əliyev deyib ki, sıxlıq Gürcüstan-Rusiya sərhədində yaranıb. Avtomobillər də Rusiyaya keçmək üçün alternativ olaraq Samur Gömrük Postunu seçir. Bütün bunlara baxmayaraq, problemin tam həlli üçün Azərbaycan gömrükçüləri rusiyalı həmkarları ilə danışıqları davam etdirirlər.





Femida.az

Açar sözlər: #gömrük   #DGK  

Oxunub: 701