ABŞ konqresmenlərinin də iştirak etdiyi tədbirdə insident olub


10:13     06 Noyabr 2019 19_11_06_1573020671.jpg

Batumidə 13-cü Gürcüstan Müdafiə və Təhlükəsizlik konfransının keçirildiyi hotel binasında insident olub.


Femida.az xəbər verir ki, konfransın başlanmasına bir neçə dəqiqə qalmış hotelin yanğın-təxliyə sistemi işə düşüb. Bundan sonra nümayəndələr təcili binanı tərk ediblər.

Faktla bağlı açıqlama verilməyib. Yanğın sisteminin işə düşməsinin səbəbi məlum deyil. Nümayəndələrin iclas zalına qayıtdığı bildirilib.

Qeyd edək ki, konfransda NATO Baş katibinin müavini, ABŞ konqresmenləri, eləcə də Gürcüstanın dövlət və hökumət rəsmiləri iştirak edir.

Açar sözlər:

Oxunub: 330