Evdən 2700 manat dəyərində oğurluq edilib


10:26     06 Noyabr 2019 2019/11/275dc2667f96b7b_1573021687.jpg

Hacıqabulda oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Femida.az-a verilən məlumata görə, noyabrın 4-də Hacıqabul rayon sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 2715 manat olan məişət və geyim əşyalarının oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Məhəmmədəli Abdullayev saxlanılıb. Dindirilmə zamanı M.Abdullayev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.


Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 318