Bir evdən 4 cəsəd tapıldı - Evdə sianid var, yaxın gəlməyin! - VİDEO


10:36     06 Noyabr 2019 2019/11/153ef18f7d90a7c0b63b0bfb4591e394_1573022324.jpg

Türkiyədə dəhşətli hadisə baş verib.


Femida.az xəbər verir ki, İstanbulun Fatih rayonundakı Molla Gürani məhəlləsindəki evdən 4 nəfərin cəsədi tapılıb.


Ölənlərdən 2-si qadın, 2-si isə kişidir. Onlardan yaşca ən kiçiyinin 48 yaşı var.

Yaxın qohumların ölüm səbəbi kimyəvi maddədən zəhərlənmədir. Belə ki, qonşular qapıya qoyulan qeydi görüb, polis çağırıblar.

Hadisə yerinə gələn polislər qapıda yazılan "Evdə sianid var, yaxın gəlməyin, polis çağırın" sözünü görüb fövqəladə hallar briqadasından kömək istəyiblər.

Faktla bağlı araşdırma aparılır.




Qeyd edək ki, sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici təsir göstərir.

Açar sözlər:

Oxunub: 1525