İçərişəhərdə hadisə: Üstünə bıçaq çəkib pulunu apardılar


10:52     06 Noyabr 2019 bicaq.jpg

Bakıda quldurluq hadisəsi baş verib.


Hadisə noyabrın 2-də paytaxtın İçərişəhər M.Maqomayev küçəsində baş verib.

Belə ki, saat 12:30 radələrində naməlum şəxs Bakı şəhər sakini C.Rüstəmbəylini bıçaqla hədələyərək 200 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Daha sonra C.Rüstəmbəyli hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, 1997-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş O.Tağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 315