Bakıda IV Beynəlxalq Bankçılıq Forumu işə başlayıb


11:00     06 Noyabr 2019 baki25.jpg

Bu gün Bakıda IV Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forum Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadi İslahatlar və Kommunikasiya Təhlili Mərkəzinin dəstəyi ilə keçirilir.

Forum regionda ən mötəbər maliyyə və bank tədbirlərindən biridir.

forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşdırma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahələrindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcədə digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərinin, digər qərar qəbulediciləri və s. maraqlı tərəflərin bir araya gəldiyi məkandır.

Açar sözlər:

Oxunub: 351