"Dəmirçi Plaza"da qətl törədən şəxs kassasiya şikayəti verdi


11:22     06 Noyabr 2019 1398947325_mehkeme3.jpg

“Dəmirçi Plaza”da qətl törətməkdə təqsirləndirilən Elşən Bəşirov barəsindəki hökmdən kassasiya şikayəti verib.


Femida.az-ın məlumatına görə, o şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada baş verib. İcarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "Cobalt" markalı tüfəng götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Bəşirov 18 il müddətə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər: #Məhkəmə  

Oxunub: 437