Oqtay Gülalıyevin beynində ciddi zədələnmə var - Türkiyəli həkim danışdı (Video)
12:11 06 Noyabr 2019
Bakıda avtomobil qəzası nəticəsində xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.
Kadir Doğruer bildirib ki, Oqtay bəyin durumu hazırda kritikdir: "Beyində ciddi zədəsi var. Beyin xaricində başqa bir problem görünmür. Göründüyü kimi, xəstə üçün vacib olan bütün müalicələr aparılıb. Bundan sonra reanimasiya şəraitində müalicəsi davam etdirilməlidir. Çalışacağıq ki, Oqtay bəyin sağalması üçün əlimizdən gələni edək. Hələ də həyatı təhlükəsi var. Beyin travmalarında ciddi problemlər ortaya çıxa bilər. Bunu əvvəlcədən bilmək mümkün deyil. Azərbaycanda lazım olan bütün tibbi yardımlar göstərilib, vaxtında cərrahi əməliyyat olunub.
Burada Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik. Mənim bura gəlməyim tamamilə Oqtay Gülalıyevin ailəsinin istəyi olub. Əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəm".
Həkim vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurlarında fərq var: "Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstənin yaxınlarının tələbi ilə biz onu İstanbula aparmaq qərarı verdik.
Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm". / qafqazinfo
Femida.az
Oxunub: 386
Oxşar xəbərlər
- İntihar edən həkimin qonşuları elə şeylər danışdılar ki...- Gizli səs yazıları
- İntihar edən həkimin əri görün kim imiş -Şok detallar
- Ginekoloq özünü binadan niyə atıb? - “Əri içib, ona şəkil atıb ki..." - Həkimlər nələr danışdı?
- Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”
- Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
- Bakıda həkimi şantaj edən baş redaktora hökm oxunub
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Bakıda dispanserdə həkimin otağından oğurluq edilib
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib