Qubada 9 aylıq hamilə qadın intihar etdi


12:55     06 Noyabr 2019 19_11_06_1573030580.jpg


Quba rayonunda 9 aylıq hamilə qadın intihar edib.

Qubanın Birinci Nügədi kəndində yaşayan 1996-cı il təvəllüdlü Əfsanə Eldar qızı Ağayeva özünü yaşadığı evin həyətindən asıb.

İlkin məlumata görə, gənc qadının intihar etməsinə səbəb ailə daxilində baş verən münaqişə olub. O, noyabrın 5-i axşam saatlarında ailədaxili münaqişədən sonra yaşadığı evin arxasına keçərək özünü asıb.

Ə.Ağayevə 9 aylıq hamilə olub.

Kənd sakinləri bildirilər ki, o, bundan əvvəl də dərman içərək intihar etməyə cəhd edib. Bu səbəbdən də rayon xəstəxanasında müalicə alıb.

23 yaşlı Əfsanə Ağayeva 2015-ci ildə Qubanın Yalavac kəndindən Birinci Nügədi kəndinə gəlin köçüb. Qadın Akif Ağayevla ailə həyatı qurub.

Hadisə yerində Quba rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları işləyir. Quba rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb./Sputnik

Femida.az

Açar sözlər: #Quba  

Oxunub: 818