Sürücünü bıçaqla hədələyib avtomobilini ələ keçirən şəxs tutulub


13:43     06 Noyabr 2019 hebs7.jpg

Bakıda quldurluq hadisə baş verib.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, noyabrın 6-da saat 00:30 radələrində Nəsimi rayonu Cavadxan küçəsində E.Cəfərova məxsus avtomobildə onu bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobili ələ keçirməkdə şübhəli bilinən, paytaxt sakini 1987-ci il təvəllüdlü C.Zeynalov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən müəyən olunaraq tutulub.

Saxlanılan şəxs əvvəlllər xuliqanlıq, oğurluq və narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb. O, 2015-ci ildə azadlığa çıxıb.

Faktı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

Açar sözlər:

Oxunub: 448