SOCAR-da orta aylıq əmək haqqı 8% artıb


14:30     06 Noyabr 2019 2019/03/manat-maas-pul-mezenne_1551695039.jpg

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə cəmi hesablanmış əmək haqqı və digər ödənişlər 682,15 mln. manat təşkil edib.


Femida.az xəbər verir ki, bu barədə şirkətin 2018-ci il üzrə illik hesabatında qeyd edilib.

Hesabat əsasən, bu da 2017-ci il ilə (628,14 mln. manat) müqayisədə 54 mln manat və ya 8,6% çoxdur. 2018-ci ildə işçilərə cəmi hesablanmış əmək haqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşlarının məbləği 345,15 mln. manat və ya əmək haqqı fondunda xüsusi çəkisi 51% təşkil edib. 2018-ci ildə Şirkət üzrə işçilərin orta aylıq əmək haqqı 1 121,65 manat təşkil edib ki, bu da 2017- ci il ilə (1 037,30 manat) müqayısədə 84,34 manat və ya 8,13% artıb.

Açar sözlər:

Oxunub: 743