Azərbaycan və Türkiyə vəkilləri Trampa birgə müraciət ünvanladı


14:50     06 Noyabr 2019 19_11_06_1573037407.jpg


Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyədə fəaliyyət göstərən vəkil-hüquqşünaslara müraciət edib.

Femida.az xəbər verir ki, müraciətdə A. Bağırov onları qondarma "erməni soyqırımı" ilə bağlı yaradılan petisiyaya qoşulmağa çağırıb.

"Azərbaycan və Türkiyə vəkillərini və hüquqşünaslarını son günlər ABŞ-da saxta “erməni soyqırımı” ilə bağlı qəbul olunmuş qərara və qondarma “DQR” təmsilçilərinə ABŞ -a viza verilməsinə və Konqresdə görüşlərinə etiraz olaraq ABŞ Prezidentinə və Konqresinə ünvanlammış müraciətə (petisayaya) qoşulmağa çağırıram!" - deyə, sədr qeyd edib.

Qeyd edək ki, ATƏT-nin Minsk Qrupunun üzvü olan ABŞ dövlətinin qondarma “DQR”-na səfərə viza verməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin nizama salınmasına kölgə salmaqdadır.

Petisiyanı imzalamaq üçün bu KEÇİDDƏN istifadə olunmalıdır:

Açılan pəncərədə adınızı, soyadınızı və email ünvanınızı müvafiq xanalarda qeyd edərək imzalama düyməsini sıxmağınız və petisiyanı öz facebook səhifənizdə paylaşmağınız xahiş olunur.

Femida.az

Açar sözlər: #vəkil   #petisiya   #müraciət  

Oxunub: 2363