Gəncənin mərkəzində avtomobilə od vurdular (VİDEO)


16:05     06 Noyabr 2019 2019/11/yandi-masin_1573041458.jpg

Gəncədə avtomobil yanıb.

Femida.az -ın APA -ya istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Həmin küçədə yaşan Tural Cəfərovun “KİA” markalı avtomobilinə benzin tökərək yandırıblar.

Hadisədən qonşular və küçədən keçən adamlar xəbər tutub.

Taksi fəaliyyəti ilə məşğul olan bir şəxs isə yanğın söndürən balonla yanan avtomobili söndürüb və nəqliyyat vasitəsinin tam yararsız vəziyyətə düşməsinin qarşısını alıb.

Faklta bağlı araşdırma aparılır.


Açar sözlər: #maşın_video  

Oxunub: 990


Oxşar xəbərlər