Putin: “Bundan sonra da müdafiə potensialımızı gücləndirəcəyik”


16:39     06 Noyabr 2019 putin8.jpg

“Rusiya bundan sonra da öz müdafiə potensialını gücləndirəcək”.


Bunu Rusiya Prezidenti Vladimir Putin ali zabitlər və prokurorların yüksək vəzifələrə təyinatı və ali hərbi rütbələrə layiq görülməsi münasibətilə keçirilən görüşdə deyib.

“Bununla belə silahsızlanma prosesinə təkan vermək üçün də əlimizdən gələni etməyə hazırıq. Bizim ordumuz və donanmamız yüksək hazırlığa malik olduğunu sübut edib. Biz hələlik heç bir ölkədə olmayan müasir silahlarımızı, o cümlədən hipersəsli və lazer silah sistemlərini döyüş növbəsinə daxil etmək niyyətindəyik. Lakin bu, kimisə hədələmək üçün bəhanə deyil”, - deyə V. Putin vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 298