Qatil əsgər: “Məni zorlamaq istəyirdilər” – Kadırov təcili vəkil göndərdi


19:55     06 Noyabr 2019 19_11_06_1573048019.jpg


Rusiyanın Çita şəhərində 6 əsgər yoldaşını və iki zabiti gülləyib qətlə yetirən sıravi Ramil Şamsutdinov müstəntiqlərə şok ifadələr verib.

O, bildirib ki, zabitlər on zorlamaq istəyiblər.

Şamsutdinov qeyd edib ki, həmin gün zabitlərdən biri ona axşam hazır olmağı tapşırıb. “Mənə dedilər ki, qarovuldan sonra sənin yanına gələcəyik. Bildirdilər ki, heç hara qaça bilməzsən, çünki yeni əsgərlərin əksəriyyəti ilə bu olub, bu gün sənin növbəndir”.

Şamsutdinov onu da bildirib ki, onu başqa əlacı yox imiş. “Yeganə təəssüf etdiyim odur ki, iki əsgər yoldaşım təsadüfi güllənin qurbanı oldu”.

Bu arada o da məlum olub ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun vəkilləri Said-Maqomed Çapanov və Ravil Tuquşev sıravi Şamsutdinovun hüquqlarını müdafiə etmək üçün təcili Çitaya uçublar. / lent.az

Femida.az

Açar sözlər: #Kadırov   #Rusiya  

Oxunub: 206