Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib


17:48     06 Noyabr 2019 19_11_06_1573048186.jpg


Noyabrın 6-da Ədliyyə naziri Fikrət Məmmədov Astara rayonunda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Femida.az xəbər verir ki, qəbul zamanı vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarının və məhkəmələrin işi ilə tanış olub. Həmçinin, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirilərək ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs olunub, qarşıda duran vəzifələr müzakirə edilərək, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 410