Türkiyənin partiya rəhbərlərindən biri qəzada dünyasını dəyişdi


21:14     06 Noyabr 2019 19_11_06_1573057504.jpg

Türkiyənin İYİ partiyasının Yozgat vilayət rəhbəri Seyfi Bayrak yol qəzasına düşüb.


Femida.az “Hürriyet”ə istinadən xəbər verir ki, siyasətçi qəza zamanı dünyasını dəyişib. Sürücüsü hələlik müəyyən edilməyən avtomobil yenifakılı-Beşiktaş yol ayrıcında aşıb. Bayrak hadisə yerində ölüb. Daha 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəza Seyfi Bayrak Yenifakılı bələdiyyəsindən qayıdarkən baş verib.

Açar sözlər:

Oxunub: 525