Bu ölkədə diri-diri tabuta girirlər - Səbəbi


21:21     06 Noyabr 2019 19_11_06_1573058421.jpg

Cənubi Koreyada həyatın mənasını dərk etmək istəyənlər üçün qeyri-adi terapiya metodu tapılıb.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif yaş qrupundan olan insanların maraq göstərdiyi yeni terapiyaya əsasən hər kəs canlı olaraq kəfən geyinir və tabuta girərək 10 dəqiqə müddətində orada qalır. 7 il əvvəl başladılan kampaniyada indiyədək 25 min nəfər iştirak edib və bu üsulun həyatın qiymətini bilmək üçün ən effektiv vasitə olduğu bildirilir. Seanslara qoşulanlar tabutdan çıxdıqdan sonra həyata fərqli gözlə baxdıqlarını və ölümü dərk etdiklərini, bu səbəbdən dünyadan yaxşı biri olaraq köçmək lazım gəldiyini başa düşdüklərini deyiblər.

Qeyd edək ki, tabuta girənlər yanlarında vəsiyyətlərini və dəfn mərasimində görmək istədikləri fotolarını da saxlayırlar.

Açar sözlər:

Oxunub: 670