Polşa vətəndaşları ABŞ-a vizasız gedə biləcək
21:36 06 Noyabr 2019
Noyabrın 11-dən etibarən Polşa vətəndaşları ABŞ-a vizasız gedə və ölkədə 90 gün qala biləcəklər.
Femida.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kevin Makelinenin yaydığı açıqlamada deyilir.
“11 Noyabr 2019 tarixindən etibarən Polşa vətəndaşları ABŞ vizası olmadan 90 günə qədər səyahət və ya iş məqsədi ilə ABŞ-a gəlmək üçün müraciət edə biləcəklər”, - deyə sənəddə qeyd olunur.
Nazir Makelinen bildirib ki, “Polşanın vizasız giriş proqramına daxil olması iki ölkə arasında mövcud olan xüsusi münasibətlərə, ortaq təhlükəsizlik məqsədlərinin icrası istiqamətində davam edən dostluq və sıx əməkdaşlığa bir sübutdur”
Oxunub: 452
Oxşar xəbərlər
- Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya vasitəsilə marşrutlar yaradıb
- Polşa təcili olaraq Rusiya neftindən və qazından imtina etməyi tələb edir
- Prezident İlham Əliyev polşalı həmkarına məktub göndərib
- 100-dən çox miqrant Belarusdan Polşaya qanunsuz keçməyə cəhd edib
- Polşa, Sloveniya və Çexiya Ukraynaya dəstək planını açıqlayıb
- Bayden Polşaya səfər edəcək
- Rusiya Ukrayna-Polşa sərhədi yaxınlığına raket zərbələri endirib
- NATO “Patriot” zenit-raket komplekslərini Polşaya göndərir
- Bu gün Xarkovdan Polşaya 200-ə yaxın azərbaycanlı təxliyə ediləcək
- Səfirlik Ukraynadan Polşaya gələn azərbaycanlılara müraciət edib