3 fərqli bölgədə hərbi sursat və mərmilər tapıldı - ANAMA iş başında


09:24     07 Noyabr 2019 19_11_07_1573104086.jpg


Ötən gün 3 fərqli bölgədə hərbi sursat və mərmilər tapılıb.

Füzuli rayonunun Harami düzü ərazisində top mərmisi aşkar olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumatlar daxil olub.

Məlumatların axşam saatlarında daxil olmasını, məlumat verən şəxsin həmin ərazidə olmadığını və qeyd olunan ərazinin yaşayış məntəqəsindən təxminən 70 km məsafədə yerləşdiyini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları 06 noyabr tarixində həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Füzulidə daha bir mərmi rayonunun Şpartı düzü ərazisində tapılıb.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Tərtər çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altında partlayıcı qurğuya oxşar əşya tapılıb.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin Yevlax Xətt Polis Şöbəsindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 14.5 mm-lik patron və 5 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan top mərmisinin gilizi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Femida.az

Açar sözlər: #mərmi   #top   #Füzuli   #Tərtər   #ANAMA   #FHN   #DİN  

Oxunub: 388