Birinci vitse-prezident neftçiləri təbrik etdi - Foto


09:37     07 Noyabr 2019 2019/11/mehriban_aliyeva123_1573105140.jpg


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində ölkə neftçilərini təbrik edib.



Femida.az-ın məlumatına görə, Birinci vitse-prezidentin paylaşımında deyilir:

"Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"



Femida.az

Açar sözlər: #birincivitseprezident   #neftçilər  

Oxunub: 142


Oxşar xəbərlər