Türkiyə vətəndaşından narkotik çıxdı


11:13     07 Noyabr 2019 19_11_07_1573110859.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz" markalı yük avtomobili ilə gələn Türkiyə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.



Femida.az-a daxil olan məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. "Lyama" ləqəbli kinoloji xidməti itin sürücüyə verdiyi reaksiya nəticəsində onun üzərindəki şalvarın arxa cibindəki pul qabının içərisindən iki ədəd kağız bükümdə ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Açar sözlər:

Oxunub: 304