Ağdamda "Bayraq yürüşü" başladı


12:35     07 Noyabr 2019 19_11_07_1573115865.jpg

Ağdam rayonunda 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə "Bayraq yürüşü" başlayıb.


Femida.az-ın məlumatına görə, aksiya Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Yürüş Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Təhsil Şöbəsinin önündən başlayıb və Bayraq meydanına qədər davam edəcək.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, deputatlar, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edirlər.

Femida.az

Açar sözlər: #Ağdam   #bayraq  

Oxunub: 85