Həbsdə olan “Laçın” ticarət mərkəzinin rəhbəri Ali Məhkəməyə müraciət edib
14:55 07 Noyabr 2019
Həbsdə olan “Laçın” ticarət mərkəzinin rəhbəri Sunay Vəliyev kassasiya şikayəti verib.
Femida.az-ın məlumatına görə, Sunay Vəliyev cəzasının yüngülləşdirilməsini tələb edib.
Onun şikayəti hakim Əli Seyfəliyevin icraatına verilib.
Məhkəmənin iclasının vaxtı hələlik təyin olunmayıb.
Qeyd edək ki, bu il fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü S.Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.
Femida.az
Oxunub: 493
Oxşar xəbərlər
- Həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi vəsaitlər məlum olub
- Həbsdə olan sabiq icra başçısının kassasiya şikayəti icraata götürülüb
- Həbsdə olan qadına narkotik keçirmək istəyən qohumu saxlanılıb
- Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam verilib, əmlakının üzərindən həbs götürülüb
- Həbsdə olan Rasim Məmmədov məhkəməyə müraciət edib
- Həbsdə olan sabiq icra başçısı kassasiya şikayəti verib
- Həbsdə olan partiya sədrinin apellyasiya şikayəti icraata verilib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək
- Həbsdə olan partiya sədri apellyasiya şikayəti verib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək