Xızıda yolu keçən piyadanı avtomobil vurub öldürdü


15:05     07 Noyabr 2019 piyada8.jpg

Xızı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, noyabrın 6-da saat 18 radələrində Xızı rayonunun Giləzi kəndi ərazisində Neftçala rayon sakini V.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini Ceyhun Abbasovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 330