Azərbaycanda bir hakim ayda 100-dən çox işə baxır
15:45 07 Noyabr 2019
“Hazırda Azərbaycanda bir hakim ay ərzində orta hesabla 100-dən çox işə baxır”.
Femida.az-ın məlumatına görə, bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı: yeniliklər və çağırışlar” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsini icra edən Aynur Sabitova bildirib.
A. Sabitova deyib ki, fərmanda hakimlərin sayının artırılması nəzərdə tutulub və bu istiqamətdə işlər davam edir: “Bəzi Avropa dövlətlərində hər 100 min nəfərə 20-dən artıq hakim düşdüyü halda Azərbaycanda bu göstərici 6 hakim təşkil edir. Bu da Azərbaycanda hakimlərin iş yükünün çox olmasına gətirib çıxarır. Məsələn, birinci instansiya məhkəmələrinə daxil olan mülki xarakterli işlərin sayı 2016-cı ildə 450 mini keçib”.
Femida.az
Oxunub: 356
Oxşar xəbərlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Azərbaycanda 3 məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib - ADLAR
- Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb
- Bakıda arvadını öldürən sabiq hakimin cəzası azaldılıb
- Azərbaycan çempionatının oyununda hakimlər döyülüb
- Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib