Bu ailənin qalmaqalı bitmir - İndi də boşana bilmirlər


16:36     07 Noyabr 2019 2019/10/fuad-qehremanli-ile-zumrud-yagmurun-qizina-hucumla-bagli-din-den-aciqlama-36913_1570786014.jpg

7 noyabrda Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi təxirə salınıb.


Femida.az xəbər verir ki, bu dəfə də tərəflərdən heç biri məhkəməyə gəlməyib. Hakim Elman Məmmədov prosesi 14 noyabr tarixinə təxirə salıb.

Qeyd edək ki, Qəhrəmanlı Zümrüd İsrafil qızı cari il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb.

Xatırladaq ki, Fuad Qəhrəmanlı bu günə kimi baş tutan 6 prosesin heç birinə gəlməyib. Zümrüd Yağmur isə təkcə hazırlıq iclası və ilk məhkəmə prosesində vəkili Zibeydə Sadıqova tərəfindən təmsil olunub.

Femida.az

Açar sözlər: #Məhkəmə  

Oxunub: 1460