1 milyon 337 min manat borcunu ödədi - Məhkəmədə
17:06 07 Noyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Femida.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror zərərçəkmiş tərəfdən - "Zaminbank"ın nümayəndəsindən ziyanın ödənilməsi haqda soruşub. Məlum olub ki, istintaq orqanı tərəfindən dəymiş zərər kimi müəyyən edilən 1 milyon 337 min manat təqsirləndirilən şəxslər tərəfindən ödənilib. Nümayəndə əlavə edib ki, göstərilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb. Bu pul ödənilib və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib. Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır.
Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Proses noyabrın 14-də davam etdiriləcək.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilərlər.
Təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.
Onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Oxunub: 511
Oxşar xəbərlər
- 17 yaşlı oğlan bıçaqlanıb
- 15 il axtarışda olan qadın tutuldu
- 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman
- 16 noyabrda döyüşlərdən qaçan erməni komandir tutuldu
- 147 abituriyent buraxılış imtaanlarından azad edilib
- 11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirilib
- 177 kilometr uça bilən elektrotəyyarə
- 19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO
- 17 kollecə publik hüquqi şəxs statusu verilir
- 102 tələbəyə Prezident təqaüdü verildi - Sərəncam