Maşından bank kartı oğurlayıb pul çıxardı


18:33     07 Noyabr 2019 19_11_07_1573132501.jpg

Saatlı RPŞ-yə müraciət edən Sarıcalar kənd sakini İ.Alışov maşınından oğurluq edildiyini bildirib.



Femida.az xəbər verir ki, noyabrın 5-nə keçən gecə kənd ərazisində onun “VAZ-2106” markalı avtomobilindən 2 ədəd bank kartı oğurlandığını və hesabındakı 560 manat pulun çıxarıldığını qeyd edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 495