Aytacın qatilinə hökm oxundu - 20 il


19:35     20 Noyabr 2015 fH724o231Jd1.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


“Report”un xəbərinə görə, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını, A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib.

Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

Açar sözlər:

Oxunub: 1184