Oqtay Əsədov Litva Seyminin sədrilə görüşüb
17:47 07 Noyabr 2019
Milli Məclisin Sədri Oqtay Əsədov Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Femida.az xəbər verir ki, spiker bu səfərin ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsi dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərini müsbət dəyərləndiririk.
Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietis ölkəmizə səfərinin əlaqələrimizin inkişafı üçün müzakirələrin aparılması baxımından əhəmiyyətini qeyd edib. Qonaq səfər çərçivəsində gördüklərindən və Milli Məclisdə olmasından məmnun qaldığını söyləyib. Bildirilib ki, Litva Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Qarşılıqlı səfərlər təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 508
Oxşar xəbərlər
- Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib
- Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
- Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - TƏBİB-dən MÜNASİBƏT
- Oqtay Şirəliyev peyvənd olundu - Video
- Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama
- Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” planı var” - VİDEO
- Oqtay Əsədov Milli Məclisin iclasına gəlmədi
- Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv oldu
- Oqtay Şirəliyev bu dərmanlarla bağlı qərar imzaladı
- Oqtay Gülalıyev yenidən əməliyyat olunub