Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi üçün 45 milyon manat ayrılıb - SƏRƏNCAM


17:39     07 Noyabr 2019 19_11_07_1573133998.jpg

Prezident İlham Əliyev Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az -ın xəbərinə görə, sərəncama əsasən, Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45 milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Açar sözlər:

Oxunub: 130


Oxşar xəbərlər