Binəqədi Rayon Lift idarəsindən İttihamlara cavab gəldi


22:04     20 May 2015 yangin.jpg

Yanğın baş verən zaman lift işlək olub.

Dünən baş vermiş yanğın zamanı vətəndaşların liftdən istifadə edə bilməməsi haqqında mətbuatda məlumat yayıldı.Bina sakinlərinin sözlərinə görə hadisə baş verən gün və ondan əvvəlki günlər lift işləməyib.Onların da binaı gec tərk etmələrinə səbəb bu olub. Məsələ ilə bağlı "Bakı Lift-Təmir" İstehsalat Birliyi ilə əlaqə saxladıq.İdarənin Əli adlı mühəndisi sualımızı belə cavablandırdı:

”Ola bilməz o zaman lift işləməsin. Amma liftdən istifadə olunsaydı, daha ağır nəticələr ola bilərdi.Daha ətraflı sualları ərazi üzrə idarədən ala bilərsiniz”.

Məsələ ilə bağlı ərazi üzrə idarə ilə də əlaqə saxladıq.Bakı şəhər Binəqədi rayonu 1 saylı liftlər idarəsininin baş mühəndisi Sərvər Şıxıyevin sözlərinə görə, hadisə baş verən zaman lift işlək vəziyyətdə olub:

”Ümumiyyətlə o binada lift hər zaman işləyir.Liftdə hər hansı problem olsa, o saat bizə zəng edirlər. Şahidlərdə var ki, yanğın zamanı liftlə düşənlər olub. Hazırda lift işlək vəziyyətdədir. Ancaq binada aparılan işlə əlaqədar olaraq müvəqqəti dayandırılıb. Bundan əlavə təlimata görə yanğın zamanı liftdən istifadə etmək qəti qadağandır.”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 926