Bakıda avtomobil qəzası qaz təsərrüfatına ziyan vurub


17:50     07 Noyabr 2019 19_11_07_1573134294.jpg

Bakıda baş verən avtomobil qəzası qaz təsərrüfatına ziyan vurub.

Bu barədə Femida.az-a "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinindən bildirilib.

Məlumata görə, Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib. "Opel" markalı minik avtomobili ilə toqquşan "Mercedes" markalı avtomobili yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb. Nəticədə həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb.

Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.

Açar sözlər:

Oxunub: 422