FHN əməkdaşları intiharın qarşısını alıb
09:08 08 Noyabr 2019
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-dən Femida.az-a verilən məlumata görə, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Oxunub: 331
Oxşar xəbərlər
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
- FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
- FHN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
- FHN Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb